ABŞ-da “Artemis II” ay missiyasının raketini start meydançasından yenidən yığma sexinə qaytarmağa hazırlaşırlar.

Bu barədə NASA məlumat yayıb.

Bildirilib ki, buna səbəb mühərrikin aralıq kriogen pilləsində helium sızmasının aşkar edilməsidir.

Startın martın 6-na planlaşdırılmasına baxmayaraq, artıq müddətin dəyişəcəyi demək olar ki, qaçılmazdır. Texnikanın geri qaytarılması qərarı helium axınındakı pozuntu ilə bağlıdır ki, bu da əlavə yoxlama və təmir tələb edir.

“NASA “Artemis II” raketinin və “Orion” gəmisinin yığma sexinə mümkün qayıdışı üçün addımlar atır”, – deyə məlumatda qeyd olunur.

Startın dəqiq vaxtı daha sonra elan ediləcək.

Xatırladaq ki, “Artemis II” missiyası son yarım əsrdə Ay ətrafında həyata keçirilən ilk idarə olunan (pilotlu) uçuş olmalıdır