Bir neçə gün öncə qırmızı “Jiquli”dəki səmimi görüntüləri ilə gündəm olan ahıl cütlük müsahibə verib.
Bayram baba və Maral nənə Cəlilabadda yaşayırlar.
Xanımı böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün, 67 yaşlı Bayram kişi tez-tez onu müayinə üçün həmin maşınla xəstəxanaya aparır. Görüntülər də növbəti belə səfərlərdən birində lentə alınıb.
Cütlük 45 ildir ki, ailəlidir.
