Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərində birbaşa iştirak etməyəcək.
Ermənistan mediasına istinadən bildirir ki, bu qərar aprelin 1-də partiyanın icraedici orqanının iclasında qəbul olunub.
Məlumata görə, qərar geniş və hərtərəfli təhlillərin nəticəsi əsasında verilib. Qərarın səbəbləri və partiyanın gələcək fəaliyyət planı aprelin 4-də keçiriləcək 18-ci qurultayda açıqlanacaq.
