Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 2016-cı il təvəllüdlü Abdullayev Amil Mehdi oğlu yolu keçmək istəyən zaman “Chevrolet” markalı avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.