Bu yaxınlarda Məhəmməd Salahın 2025/2026 mövsümünün sonunda “Liverpul”dan ayrılacağı açıqlandı.
Misirli futbolçu bu yay İtaliyaya qayıda bilər. “La Gazzetta dello Sport” qəzetinin məlumatına görə, Salah “Roma”ya qayıtmağı düşünür.
Amma bildirilir ki, maliyyə problemləri nəzərə alınmaqla, razılaşma əldə etmək çətin olacaq. Məhəmməd hazırda ildə 12 milyon avro xalis qazanır, “Roma”nın isə maaş limiti 4 milyon avrodur.
Bununla belə, Salah bir mövsüm Roma klubuna qoşula bilər. Məhəmməd Salah iyun ayında 34 yaşını qeyd edəcək. Misirli hücumçu doqquz mövsümdən sonra “Liverpul”dan ayrılacaq. Salah 2015-ci ildən 2017-ci ilə qədər “Roma”da 83 oyun keçirib, 34 qol vurub və 21 məhsuldar ötürmə edib.
