Bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.
Bildirilib ki, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq.
Məlumata görə, avqustun 3-də saat 05:00-dan 07:00-dək Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik verilişi xətləri üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bunun nəticəsində Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd olunub ki, yenidənqurma işləri başa çatdıqdan sonra göstərilən ərazilərin abonentlərinin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək.
