Odlar Yurdu Universiteti fakültə dekanı və kafedralar üzrə müdir axtarır.

Bununla bağlı universitet vakansiyalar elan edib.

Ali məktəbin Pedaqoji ixtisaslar fakültəsinin dekanı, Pedaqoji fənlər kafedrası, Riyaziyyat və informatika kafedrası, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrası və Dizayn kafedrasının müdiri vəzifələri boşdur.

Qeyd edək ki, Odlar Yurdu Universiteti professor Əhməd Vəliyevə məxsusdur. O, Milli Məclisinin III və IV çağırış deputatı olub.