Aktyor Şəhriyar Əbilov Hollivuda dəvət alan ilk azərbaycanlı aktyor olduğunu bildirib.
O, bu barədə “Kəşfət” proqramında danışıb. Aktyor Yaponiyada yayımlanan və yüksək reytinqlər qazanan serialın Azərbaycanda da böyük maraq doğurduğunu deyib.
Ş.Əbilov bildirib ki, layihədən sonra yaponlarda Azərbaycana maraq və sevgi yaranıb:
“Turistlər Azərbaycana gəlmək istəyirlər. Hətta pul təklif edirlər ki, mən onlarla gedib filmin çəkildiyi yerləri gəzim. 15-20 günlük çəkilişdən 50 min qazandım. Dövlətə vergimi də ödədim”.
