“Əl-Nəsr” hücumçusu Kriştiano Ronaldonun böyük oğlu “Real Madrid” akademiyasına qoşula bilər.
15 yaşlı Ronaldo Jr. artıq “Real Madrid”in U16 komandası ilə məşqlərdə iştirak edib.
Gənc futbolçu hazırda “Əl-Nəsr” gənclər komandasında oynayır.
41 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, ikiqat Millətlər Liqasının qalibi və milli komandasının, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun tarixində ən çox qol vuran oyunçudur.
Futbolçu “Əl-Nəsr”ə 2022-ci ilin dekabrında qoşulub. O, əvvəllər “Sporting CP”, “Manchester United”, “Juventus” və “Real Madrid” klublarında oynayıb.
