2017-ci ildən “Qarabağ”ın formasını geyinən Abbas Hüseynovun ayrılıq vaxtı çatıb.

Sportinfo xəbər verir ki, Qurban Qubanov müdafiəçini növbəti mövsümlə bağlı planlarından kənarda saxlayıb.

Baş məşqçi 9 ildir düşərgədə yer alan cinah oyunçusu ilə müqavilənin uzadılmasını istəməyib.

Millinin keçmiş üzvü uzun müddətdir ki, əsas heyətdəki yerini itirib. O, çox nadir hallarda meydana ləpir salır. Təcrübəli mütəxəssis bəzən Premyer Liqa və kubok matçlarında belə bir fürsət yaxalayır, avrokuboklarda isə demək olar yox.

Məlumata görə, İlk “11-liy”ə düşmək uğrunda rəqabətə tablaşmayan Hüseynov indiyədək bir neçə dəfə Ağdam təmsilçisini tərk etmək istəyib. Ölkə xaricindən belə, təklifləri olub. Yəqin ki, 2 ay sonra bü şans yenə ayağına gəlsə, dəyərləndirəcək.

Abbas Qurbanovlar ailəsinə qohumdur. İlyarım öncə baş məşqçinin qardaşı Musa Qurbanovun qızıyla evlənib.