Qazaxıstanın qərbində yerləşən Atırau vilayətində pilotsuz uçuş aparatının (PUA) hissələrinə bənzər fraqmentlərin tapılması faktı ilə bağlı polis tərəfindən yoxlama aparılır.
Bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Atırau vilayət Daxili İşlər Departamenti müvafiq qurumlarla birlikdə aşkar edilmiş predmetlərlə bağlı araşdırma tədbirləri həyata keçirir. Qeyd olunub ki, obyekt yaşayış məntəqəsindən kənarda tapılıb və hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir.
Xatırladaq ki, martın 26-da Atırau ilə qonşu olan Qərbi Qazaxıstan vilayətinin Akjayık rayonunda da PUA qalıqlarına bənzər əşyalar aşkar edilmişdi.
