Qazaxıstan və daha bir neçə ölkə Qəzzada sülhü qorumaq üçün minlərlə əsgər göndərməyə hazırdır.

Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.

“Qazaxıstan, Mərakeş və Uqanda kimi ölkələr minlərlə əsgər təklif ediblər”, – diplomat vurğulayıb.

O qeyd edib ki, bu ölkələrdən qoşunlar artıq Qəzzaya gəlməli idi: “Lakin proses davam edir. Qüvvələrin yerləşdirilməsi Vaşinqtonun gözlədiyindən daha yavaş gedir”.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də bir müddət əvvəl Astananın Qəzza zolağına hərbi bölmələr göndərməyə hazır olduğunu təsdiqləyib. O, yerləşdirmənin beynəlxalq qüvvələrin bir hissəsi olacağını bildirib.