Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral yolunun Qazax rayonundan keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1994-cü il təvəllüdlü Nəsrəddin Səfər oğlu Mehdiyevə məxsus DAF markalı yük avtomobilinin kabinəsi və ön təkərləri yanıb. Xəsarət alan olmayıb.
Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
