“Qarabağ” Nərimanı ABŞ klubuna neçəyə satıb? – MƏBLƏĞ

7868e6c875863945d4915c5ad0adc50f_1770748283_img_7346

ABŞ təmsilçisi “Kolumbus Kru” “Qarabağ”ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. Futbolçu P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.
Bu arada məşhur “Transfermarkt” saytı artıq Nərimanı ABŞ klubunun oyunçusu kimi təqdim edib. Saytın məlumatına görə, “Kolumbus Kru” Nərimana görə “Qarabağ”a 2,5 milyon avro ödəyib.