“Qalatasaray” Yaser Asprilyanın transferini açıqladı

3f77825d7d044bb50f7116536c773a61_FB_IMG_1769359846971

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
“sarı-qırmızılılar” “Jirona”nın formasını geyinən Yaser Asprilyanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı vinger mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü mövsümün qalan hissəsi üçün Super Liqa təmsilçisindən 1,2 milyon avro məvacib alacaq.
Qeyd edək ki, Yaser Asprilya bu mövsüm “Jirona”nın heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.