Qadın alpinistdən inanılmaz uğur – dünya rekordunu yenilədi

1779129950_33ff33a909f3caa16b0012e5b252860b

Nepallı alpinist Lhakpa Şerpa Everest zirvəsinə 11-ci dəfə qalxaraq qadınlar arasında yeni dünya rekordu müəyyənləşdirib.

53 yaşlı alpinist eyni gündə Everestə 32-ci dəfə qalxaraq ümumi rekordunu yeniləyən Kami Rita Şerpa ilə birlikdə tarixi uğura imza atıb.

Məlumata görə, Lhakpa Şerpa Everest zirvəsini ilk dəfə 2000-ci ildə fəth edib. Bu hadisə onun ilk qızının doğulmasından səkkiz ay sonra və ikinci övladına hamilə olduğu dövrdə baş verib.

Qeyd edək ki, Everest dünyanın ən hündür zirvəsi hesab olunur və burada hava şəraiti alpinistlər üçün ən ağır sınaqlardan biri sayılır.