Qətər və Ukrayna raketlərə və pilotsuz uçuş sistemlərinə qarşı mübarizə sahəsində təcrübə mübadiləsini nəzərdə tutan müdafiə əməkdaşlığı müqaviləsi imzalayıblar.
Bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənəd Qətər Baş nazirinin müavini Şeyx Səud bin Əbdürrəhman bin Həsən əs-Sani ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov arasında keçirilən görüş zamanı imzalanıb.
Müqavilə texnologiya, birgə inkişaf və müdafiə investisiyaları sahəsində əməkdaşlığı əhatə edir.
Qeyd edək ki, İsrail və ABŞ-ın İrana hücumundan sonra Tehran ərəb ölkələrinə də raket və “Şahid” PUA-ları ilə zərbələr endirir. Ukraynanın “Şahid” PUA-larına qarşı mübarizədə təcrübəsi isə ərəb ölkələrində hazırda ən çox ehtiyac duyulan müdafiə məsələsidir.
