Qəbələ-Laza avtomobil yolunu sel yudu – VİDEO

1788467275_screenshot_2026-09-03_233255

Qəbələ-Laza avtomobil yolunun bəzi hissələri keçilməz hala düşüb.

Sakinlərin sözlərinə görə, son iki gündə Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü yağışlar nəticəsində Qəbələ-Laza yolunda ciddi fəsadlar yaranıb.

Belə ki, sel suları avtomobil yolunun müəyyən hissələrini yuyub. Bu səbəbdən yolda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Əraziyə səfər edən turistlər də kəndə getməkdə çətinlik çəkirlər.

Əraziyə ağır texnikalar cəlb olunub, yolun bərpası istiqamətində işlər aparılır.

Mövcud vəziyyətlə əlaqədar Laza kəndinə gediş-gəliş alternativ yol vasitəsilə həyata keçirilir. Yaxın günlərdə yolun yenidən bərpa olunacağı gözlənilir.

Daha ətraflı “Xəzər TV”nin süjetində: