Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Bakı şəhərinin inzibati rayonları üzrə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılır.

Bu barədə Ölkə.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə paytaxtın 6 inzibati rayonunda — Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinə yaxın müddətdə başlanılması planlaşdırılır.

Təmir işlərinin aparılması nəzərdə tutulan yolların siyahısını təqdim edirik: