ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Tehrana təzyiqi artırmaq üçün neft, qaz və elektrik infrastrukturuna zərbələr də daxil olmaqla, İrana qarşı yeni hücumlar etməyə çalışır.
İsrailin “Kanal13” telekanali xəbər verir ki, admiral Bred Kuper təklifi ötən həftə İsrailə səfəri zamanı təqdim edib.

Telekanalın məlumatına görə, Kuper İsrail ordusunun yüksək səviyyəli əməliyyat forumunun iclasında Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli komandirlərlə birlikdə iştirak edib.

Məlumatda deyilir ki, görüş zamanı Kuper İrana qarşı hərbi əməliyyatların yenidən başlamasına və qaz, neft və elektrik sənayesi də daxil olmaqla milli infrastruktura hücumlara çağırıb.
“İranın infrastrukturuna zərbə endirmək oyunun gedişatını dəyişdirəcək. Əks halda indiki vəziyyətdə onlar mövqelərini dəyişməyəcəklər”, – Kuper qeyd edib.

Məlumata görə, Mərkəzi Komandanlıq (CENTCOM) rəhbəri İsrail hərbi rəsmilərinə bildirib ki, hərbi əməliyyatların bərpası yeganə seçim ola bilər və ABŞ İsraillə birlikdə İrana qarşı birgə hücumlar etməli ola bilər.

Məlumatda qeyd olunur ki, təklif ABŞ prezidenti Donald Trampa da çatdırılıb.