Xəbər verdiyimiz kimi, paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində qazıntı işləri aparılan zaman torpaq qatı çöküb və 2 nəfər torpaq qatının altında qalıb.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələrinin xilasetmə əməliyyatı nəticəsində bir nəfər xilas edilib, digərinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Onlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları olublar və hadisə kanalizasiya xəttində olan problemi aradan qaldıran zaman baş verib.

“Qobustan Su İdarəsində işləyirdi, santexnik idi. Harada su xətləri xarab olurdu, təmir edirdilər. Yəni bunun kanalizasiyaya aidiyyəti yoxdur. Müdiri hədələyib ki, sən gəlib orada işləməsən, gəlib səni işdən çıxaracağam. İş yerindən buraya bir nəfər də gəlməyib. Maraqlanan yoxdur”, – deyə mərhumun qardaşı bildirib.

Daha ətraflı Baku TV-nin süjetində: