Yaxın Şərqdə döyüş ritorikasından və tammiqyaslı müharibəyə başlamaq planlarından imtina etmək lazımdır.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Nebenzya deyib ki, Rusiya atəşkəsi və mövcud fikir ayrılıqlarını həll etmək üçün siyasi və diplomatik prosesə qayıtmağı qətiyyətlə dəstəkləyir:
“Biz istisnasız olaraq regiondakı bütün dövlətlərin təhlükəsizlik maraqlarını təmin edirik. Pakistanlı dostlarımızın müvafiq təşəbbüslərini dəstəkləyirik. Tərəflərdən mövcud atəşkəsə ciddi şəkildə riayət etmələrini və diplomatiyaya yekun razılaşmalara çatmaq üçün şans vermələrini gözləyirik. Böyük regional müharibəni yenidən başlatmaq üçün qurulan planlara son qoymağa çağırırıq. Belə bir ssenari yalnız daha çox əzab və mülki itkilərə səbəb olacaq. Çünki bu, İsrail də daxil olmaqla bütün region dövlətlərinin sabitliyini və təhlükəsizliyini daha da sarsıdacaq. Şübhəsiz ki, Hörmüz boğazının açılmasına töhfə verməyəcək”.
