Qazax rayonunda qəza baş verib.

“Report”a  xəbər verir ki, ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi Qazax-Əskipara avtomobil yolunda baş verib.

Minik maşınının “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində minik maşınında olan sürücü 1971-ci il təvəllüdlü Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma başlanılıb.