Mingəçevir təhsildə növbəti uğura imza atdı. Şəhərin qabaqcıl təhsil ocaqlarından olan Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyinin şagirdi Məcidli Burlaxatun Bəhruz qızı qəbul imtahanında maksimum nəticə – 300 bal toplayaraq böyük nailiyyət əldə edib.

Bu yüksək göstərici həm məktəbin, həm də Mingəçevir təhsil ictimaiyyətinin uğuru kimi qiymətləndirilir. Gənc məzunun əzmi, zəhməti və məqsədyönlü fəaliyyəti onun bu zirvəyə çatmasında mühüm rol oynayıb.

Məcidli Burlaxatun Bəhruz qızını bu möhtəşəm uğur münasibətilə təbrik edir, gələcək təhsil və karyera yolunda yeni zirvələr arzulayırıq!