Bu gün Mingəçevir şəhərində uzun illər təhsil sahəsində çalışmış, müəllimlikdən məktəb direktoruna, oradan isə mədəniyyət sahəsində rəhbər vəzifəyə yüksəlmiş Mənsur Həsənov doğum gününü qeyd edir.

Peşə fəaliyyətinə müəllim kimi başlayan Mənsur Həsənov illər ərzində qazandığı təcrübə və zəhməti ilə məktəb direktoru kimi də uğurla fəaliyyət göstərib. Təhsil sahəsində formalaşan bu zəngin yol onun idarəçilik bacarıqlarında da özünü aydın şəkildə göstərib.

Hazırda Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin direktoru kimi fəaliyyət göstərən Mənsur Həsənov bu vəzifədə də aktiv və səmərəli işi ilə seçilir. Onun rəhbərliyi dövründə müxtəlif tədbirlər, görüşlər və maarifləndirici layihələr həyata keçirilir.

Doğum günü münasibətilə Mənsur Həsənovu təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.