31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və maliyyə dəstəyi ilə şəhid ailələri və müharibə əlillərinə humanitar yardım göstərilib. Bu çərçivədə ümumilikdə 493 ədəd ərzaq bağlaması paylanmışdır.

Təşkilatçılar bildirib ki, bu tədbir həm həmrəylik və birlik ruhunu gücləndirmək, həm də sosial dəstəyə ehtiyacı olan vətandaşlarımıza yardım göstərmək məqsədini daşıyır. Hər bir bağlama əsas ərzaq məhsulları ilə təmin olunmuşdur.

Ərzaq bağlamalarının paylanması zamanı şəhid ailələri və müharibə əlilləri göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmiş, belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışlar.

Bölge.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir