Son günlər bəzi xəbər saytları və sosial şəbəkə səhifələrində Mingəçevir şəhəri ilə bağlı görüntülər paylaşılıb.

Həmin görüntülərdə güclü küləyin şəhərdə ciddi fəsadlar törətdiyi, ağacların və işıq dirəklərinin aşdığı iddia olunur.


Lakin aparılan dəqiqləşdirmələr nəticəsində məlum olub ki, yayımlanan görüntülər küləyin yaratdığı fəsadlarla bağlı deyil. Belə ki, sözügedən hadisə Mingəçevir şəhərində baş vermiş yol-nəqliyyat qəzasından sonra qeydə alınıb.


Məlumata görə, avtomobil idarəetmədən çıxaraq səkiyə qalxıb və səkinin kənarında yerləşən şam ağaclarını, eləcə də işıq dirəklərini aşırıb. Hadisənin küləklə əlaqəsi olmadığı müəyyən edilib.


Qeyd edək ki, Mingəçevir şəhərində müşahidə olunan küləkli hava şəraiti hər hansı ciddi fəsadlara səbəb olmayıb. Bu baxımdan yayılan məlumatlar reallığı əks etdirmir və vətəndaşlardan rəsmi, dəqiqləşdirilmiş məlumatlara inanmaq tövsiyə olunur.

 

Esmira Hudayətova, Mingəçevir

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir