Dekabrın 29-da Mingəçevir şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığıı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə “Heydər Əliyev-Azərbaycanda Həmrəylik gününü yaradan tarixi şəxsiyyətdir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəlıri düzərək ehtiramlarını bildiriblər.
YAP şəhər təşkilatının inzibati binasının akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub. Azərbaycan Respublikasınln Dövlət Himni səsləndirilib.
Həmrəylik Günü ilə bağlı çəkilmiş sənədli film nümayiş olunub.
Geniş məruzə ilə çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ötən illərə nəzər salaraq XX əsrin sonlarında mövcud olan xaos və anarxiyanın qarşısını qətiyyətıə alan Heydər Əliyevin dövlətçiliyimizi qorumaq naminə öz həyatınl belə təhlükəyə atdığını, bu cəsarətin qalib gəldiyini qürurla bildirib. Dünya Azərbaycanlılarının həmrəyliyini təmin etmək, milli birliyimizi bərqərar etmək, xalqın həyat tərzini yaxşılaşdırmaq, güclü dövlət qurmaq və müstəqilliyimizi qorumaq, Ordu quruculuğu, reallıqları, dövlətimizin haqq işini dünyaya tanıtmaq və bu kimi mühüm hadisələri həyata keçirməklə xalq sevgisi qazanan Ulu Öndərin fəaliyyətindən maraqllı faktları diqqətə çatdırıb.
Bu siyasəti uğurla davam etdirən, güclü lider, ,qalib Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər tarixinin qürur tariximiz olduğunu vurğulayaraq hər kəsi cənab Prezidentin ətrafında sıx birləşməyə çağırıb. Əziz bayram münasibəti ilə təbrik edib, dövlətimizə inkişaf və tərəqqi, xalqımıza xoşbəxtlik arzulayıb.
YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Dünya Azərbaycanlılarının birliyindən, diaspor təşkilatlarının fəaliyyətindən danışıb.
Partiya veteranlarından Mirzə Cavadov, həmçinin partiya üzvləri Pərvanə Tahirova, Yasin Cavadov, Mənsur Həsənov çıxışlarında əziz bayram ilə əlaqədar fikirlərini bölüşərək təbriklərini çatdırıblar.

Esmira Hidayətova, Mingəçevir

 

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir