Mingəçevir təhsili üzərində qara buludlar dolaşır. Bir tərəfdə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət almış, lakin hələ də sektor müdiri kreslosundan bərk-bərk yapışan Sevinc Həsənova, digər tərəfdə isə onun yerinə “səssiz-səmirsiz” hazırlanan qaranlıq bir namizəd: Zaur Müseyibov.
Bir “Sualtı Gəmi”nin Karyera Sıçrayışı
Zaur Müseyibov 4 nömrəli məktəbin sabiq direktoru Azər Qazıyevin rəhbərliyi zamanı Məktəbin təsərrüfat işləri müdiri təyin edilir. Oradanda Yevlax rayon Quşçu kənd məktəbinə direktor olaraq təyinat alır. 3 il Yevlaxın Quşçu kəndində direktorluq
ardınca 2024-cü ilin mayında Mingəçevir 4 nömrəli məktəbə gətirilmə, həm də direktor vəzifəsinə.
İndi də sektor müdirliyi iddiası…
Bu adam Mingəçevirin yetişdirdiyi ən dahi beyin, təhsilin “Enşteyni”dirmi ki, bütün qapılar onun üzünə taybatay açılır? Yoxsa bu yolları onun üçün xüsusi naxışlarla bəzəyən bir “himayədar əli” var?
Zaur Müseyibovun rəhbərlik etdiyi 4 nömrəli məktəb bu gün uğurları ilə deyil, şagirdlərin aldığı ağır xəsarətlərlə gündəmdədir. Bir uşağın beyin əməliyyatına qədər gedib çıxan məsuliyyətsizliyin baş verdiyi bir təhsil müəssisəsində necə məəsuliyyətdən söz açmaq olar?Tabeliyindəki müəllimin etik qaydaları ayaqlar altına almasına görə töhmət alırsa, nizam-intizamı qura bilməyən bir direktor, bütün şəhərin təhsilinə necə rəhbərlik edəcək?
Cavad Cavadovun “Sarsılmaz” Himayəsi
Bütün bu faktların arxasında bir ad çəkilir: Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov. İddialara görə, Zaur Müseyibovun bütün “uğursuz” addımlarını uğura çevirən, onu qoruyan və irəli çəkən məhz odur. Cavad Cavadovdan soruşmaq lazımdır: Şəxsi maraqlar və ya dostluq əlaqələri uşaqlarımızın təhlükəsizliyindən və təhsilindən daha mı vacibdir? Bu “himayədarlıq” gücü dövlətin təhsil siyasətindən daha mı üstündür?
Millətin Gələcəyi Təhlükədədir!
Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı Mingəçevirdə bəziləri üçün sadəcə bir şüarmı? Şiddətli töhmət alan müdirin yerinə, idarə etdiyi məktəbdə uşaqların canını qoruya bilməyən birini gətirmək bu millətin gələcəyinə xəyanət deyilmi?
Zaur Müseyibovun “arzularını” gerçəkləşdirən Cavad Cavadovun bu dəfə də bütün bu rüsvayçılıqları ört-basdır etməyə gücü çatacaqmı? Mingəçevir ictimaiyyəti və təhsil işçiləri bu suallara cavab gözləyir!
Mövzunu davam etdirəcəyik..
Yazıda adı çəkilən hərkəsin mövqeyini dərc etməyə hazırıq
