Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri və müharibə əlilləri cəmiyyətlərinin sədrləri ilə görüşüb. Görüş zamanı başçı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə şəhərdəki ictimai təşkilatların rəhbərlərini təbrik edib. O, qeyd edib ki, dövlət başçısının sərəncamları ilə həyata keçirilən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə də böyük abadlıq və quruculuq işləri aparılıb və qarşıdakı ildə də davam etdiriləcəkdir.


Başçı ölkədə Qarabağ qaziləri və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, ölkə rəhbərinin tapşırıq və göstərişlərinə uyğun olaraq bu insanların hər zaman dəstəkləndiyini vurğulayıb. O, xüsusilə Mingəçevirdə məskunlaşan şəhid ailələri və Vətən müharibəsi qazilərinə diqqət göstərildiyini, Yeni il bayramı ərəfəsində şəhər İcra Hakimiyyəti tərəfindən dəstəyin davam etdiyini qeyd edib. Şəhər İcra Hakimiyyəti tərəfindən 493 ərzaq bağlamasının hazırlandığı və bağlamaların cəmiyyətlərin dəstəyi ilə şəhid ailələri və müharibə əlillərinə çatdırılacağı bildirilib.


Bayram öncəsi keçirilən görüşdə Şəhid Aillərinə Dəstək İB-nin şəhər şöbəsi rəhbəri İranə Həsənova, Azərbaycan Müharibə Veteranları, Əlilləri və Şəhid Ailələri İB-nin sədri Əlağa Bəndəliyev, Q Q İctimai Birliyi şəhər şöbəsi Məxluq Həsənov çıxış edərək, dövlət qayğısını həmişə hiss etdiklərini və Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini ifadə ediblər.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir