Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Uşaq Nevroloji Sanatoriyasında müalicə alan uşaqlar üçün bayram şənliyi təşkil olunub. Tədbir uşaqlara bayram sevinci yaşatmaq məqsədi daşıyıb.


31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə keçirilən şənlikdə Mingəçevir Şəhər Bələdiyyəsi tərəfindən uşaqlara bayram sovqatları təqdim olunub.


Bayram tədbirində Mingəçevir şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, bələdiyyə sədrinin müavini Ədalət Quliyeva və bələdiyyə üzvləri iştirak edərək uşaqlara hədiyyələr veriblər.


Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bayram ərəfəsində görüşməkdən məmnunluğunu bildirən bələdiyyə sədri Anar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaqların sağlam və xoşbəxt böyüməsinə göstərdiyi diqqət və qayğıdan danışıb.


Qeyd olunub ki, dövlətimizin inkişafı, vətəndaşların, xüsusilə də uşaq və gənclərin sağlamlığı və rifahı daim diqqət mərkəzində saxlanılır. İcbari Tibbi Sığortanın tətbiqindən sonra Uşaq Nevroloji Sanatoriyasında yaradılan şərait bunun bariz nümunəsidir.


Tədbirin sonunda qonaqların uşaqlarla birlikdə rəqs etməsi bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Uşaqlar rəqs edib, şənlənərək unudulmaz anlar yaşayıblar.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir