Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri – Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər.

Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Deputatlar və Milli Məclisin kollektivi parkdakı Zəfər abidəsi önünə tər güllər düzüblər, Vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri dərin ehtiramla anıblar.