Milli Məclis WUF13-lə əlaqədar təşkilatı və maliyyə məsələləri barədə Sazişi ratifikasiya edəcək.
Bununla bağlı məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.
Belə ki, komitə iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilatı və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilərək, parlamentin plenar iclasında müzakirə edilməsinə tövsiyyə edilib.
