Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov universitetin kollektivini — alimləri, müəllimləri və professor-müəllim heyətini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərqli və yenilikçi formada təbrik edib.Belə ki, rektor Anar Eminov ənənəvi rəsmi müraciətlərdən fərqli olaraq, universitet kollektivi üçün xüsusi hazırlanmış təbrik mesajını SMS vasitəsilə göndərib. Müasir kommunikasiya üsullarından istifadə edilərək ünvanlanan bu səmimi mesajda kollektivə yeni ildə uğurlar, möhkəm birlik, elmi və pedaqoji fəaliyyətlərində nailiyyətlər arzulanıb.

Qeyd edək ki, bu addım universitet rəhbərliyinin yeniliyə açıq yanaşmasını, həmçinin kollektivlə daha yaxın və operativ ünsiyyət qurmaq niyyətini əks etdirir. Anar Eminov təbrik mesajında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəylik baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, Yeni ilin isə yeni hədəflər və uğurlar ili olacağına inamını ifadə edib.
Bu cür müasir və çevik yanaşma Mingəçevir Dövlət Universitetində idarəetmədə innovativ düşüncənin və müasir dövrün tələblərinə uyğun addımların atıldığını göstərir.
