Matviyenko: İrəvan dəvət göndərsə, müşahidəçilər göndərəcəyik

1770305842_b7xcbhzkp5uidyo9m3okansbesguxatf

Əgər İrəvan dəvət göndərərsə, Moskva Ermənistandakı parlament seçkilərinə müşahidəçilər göndərəcək.

Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

Onun sözlərinə görə, bu məsələ, digər məsələlərlə yanaşı, Ermənistan Parlamentinin sədri Alen Simonyanla görüşdə müzakirə olunub: “Biz yalnız bir şey arzulayırıq: Ermənistanın çiçəklənməsi və firavanlığı, Ermənistandakı siyasi vəziyyətin sabit olması, çünki biz erməni xalqı ilə əlaqələrimizə çox dəyər veririk, qiymətləndiririk”.