Marko Rubio və Hakan Fidan arasında görüş olub

1779470491_hakan-fidan-rubio

ABŞ Dövlət katibi Marko Rubio bu gün NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Tərəflər Ankarada keçiriləcək NATO Zirvə Toplantısı ilə bağlı məsələləri, müdafiə xərclərinin artırılmasının və müdafiə istehsalını genişləndirməyin vacibliyini müzakirə ediblər. Onlar, həmçinin Hörmüz boğazının açılması və regional sabitlik barədə danışıblar