“Qızımın toyunda pulum yox idi. Manaf Ağayevdən borc istədim, amma vermədi”.

Bu sözləri müğənni Mənzurə Musayeva “Rəngarəng” verilişində deyib. O, bildirib ki, övladına toy edən zaman pulu olmayıb, müğənni Manaf Ağayevdən kömək istəsə də, imtina edib.

Mənzurə daha sonra hazırda 30 min manat borcu olduğunu bildirib.