Azərbaycanın mərhum Xalq şairi Süleyman Rüstəmin oğlu, filologiya elmləri namizədi Azad Rüstəmzadə vəfat edib.

Bu barədə  onun yaxınları məlumat verib.

A.Rüstəmzadə iyunun 28-də 80 yaşında dünyasını dəyişib.

O, Süleyman Rüstəmin yeganə oğlu idi.

Qeyd edək ki, Azad Rüstəmzadə 1946-cı ildə Bakıda anadan olub.

Uzun illər Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində işləyib.