Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbol karyerasını cari mövsümün sonunda başa vura biləcəyini açıqlayıb.
41 yaşlı futbolçu bunu “Vogue”a müsahibəsində deyib.
“Yəqin ki, bu, futbolda son ilimdir. Böyük bir miras qoymaq istəyirəm”, – o söyləyib.
Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 5 oyunda 3 dəfə fərqlənib.
Kriştiano Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, 2016-cı ildə Avropa çempionluğunu qazanıb və iki dəfə Millətlər Liqasında çempionluq yaşayıb. Portuqaliyalı ulduz həmçinin 5 dəfə “Qızıl top” mükafatına sahib çıxıb.
