Kəlbəcər rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.
Yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Tural İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci l təvəllüdlü Elvin İsmayılov vəfat ediblər.
Qeyd edək ki, sürücü Göyçay sakini, sərnişinlər isə Kəlbəcər rayon sakinləri olublar.
***
Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə “HOWO” markalı yük avtomobilinin idarəetmədən çıxması nəticəsində baş verib.
Qəza nəticəsində üç nəfər hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
