İsrail Müdafiə Qüvvələri (İMQ) şimaldakı yaşayış məntəqələrini qorumaq üçün lazım olduğu müddətdə Livanın cənubundakı təhlükəsizlik zonasında qalacaq və əsgərlərinə qarşı təhdidlərin aradan qaldırılması üçün hərəkət azadlığını qoruyacaq.

Bu barədə TASS-a İsrail hərbi mənbəsi bildirib.

Mənbə qeyd edib ki, İsrail ordusu Hizbullah tərəfindən razılaşma pozulacağı təqdirdə, ABŞ ilə birgə hərəkət edəcək.

Hərbi mənbə həmçinin bildirib ki, pilot layihə ABŞ-nin rəhbərliyi ilə həyata keçiriləcək: “Pilot zona layihəsinin məqsədi Hizbullahı tərksilah etmək və qanunsuz silahları yığışdırmaqdır. Pilot layihə Livan Silahlı Qüvvələrinin üç kənddəki pilot zonalarda suveren imkanlarının sınağıdır”.