Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, AZCON Holding şirkətlərindən olan “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fəaliyyət ardıcıl şəkildə həyata keçirilir.

bolge.az xəbər verir ki, 29 dekabr 2025-ci il tarixində Ağdərə rayonu ərazisində yerləşən Talış, Kiçik Qarabəy və Həsənriz Radio-Televiziya Yayım Stansiyalarının işi bərpa edilib.
Bununla da işğaldan azad edilmiş ərazilərdə bu günədək bərpa edilən stansiyaların sayı 11-ə çatdırılmaqla rəqəmsal televiziya və FM radio yayımlarının əhatəsi və siqnal keyfiyyəti artırılıb.
Qeyd edək ki, 2026-cı il üzrə əhalinin köç qrafiki diqqətdə saxlanacaq və radio-televiziya proqramlarının tələb olunan ərazilərdə yayımının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək

By admin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir