İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Prezident İlham Əliyevə təşəkkür edib.
Səfir “Baku TV”yə müsahibəsində təşəkkürünü ifadə edib.
“Cənab Prezident bizim səfirliyə təşrif buyurub və xatirə dəftərinə ürək sözlərini yazıb” , – səfir deyib.
Müctəba Dəmirçilu bildirib ki, İran üçün çətin günlərdə Azərbaycan Prezidenti İlham Əliyev İslam Respublikası ilə həmrəy olub.
