İranda rejim əleyhinə etiraz aksiyalarında iştirak etdiklərinə görə 139 xarici vətəndaşın həbs edildiyi bildirilir.
Otən il dekabrın 28-də yaşayış xərclərinin artmasına etiraz olaraq başlayan və daha sonra hökumət əleyhinə aksiyalara çevrilən nümayişlərlə bağlı araşdırmalar davam edir. İran polisinin açıqlamasında qeyd olunub ki, Yəzd əyalətində keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə 139 əcnəbi saxlanılıb.
Yəzd Polis İdarəsinin rəisi Əhməd Negahban İnqilab Keşikçiləri Korpusu ilə yaxınlığı ilə tanınan “Tasnim” Xəbər Agentliyinə bildirib ki, saxlanılan şəxslər iğtişaşların təşkili, təhriki və yönləndirilməsində fəal rol oynayıblar.
Onun sözlərinə görə, bəzi şübhəlilərin xaricdəki şəbəkələrlə də əlaqələri olub. Negahban saxlanılan şəxslərin milliyyətləri barədə məlumat verməyib.