Sən demə, insanlar ən yaxşı qərarlarını tualetdə olarkən verirlər.
Bu barədə Kaliforniya Universiteti və Amerika Psixologiya Assosiasiyasının məlumatında deyilir.
Qeyd edilir ki, buna səbəb tək qaldığımız zaman beynin daha səmərəli işləməsidir.
Qısa fasilələr və təklikdə keçirilən vaxt yeni ideyaların yaranmasına, həmçinin düzgün qərarların qəbul edilməsinə kömək edir.
Sakit və qısa müddətli tənhalıq təklif edən mühitlər beynin bu rejimə keçidini sürətləndirir.
Buna görə də bir çox insan ən yaxşı ideyalarını tualetdə olarkən tapır.
