Oynaqlardakı ağrı, sərtlik və şişlik revmatizm əlamətləri ola bilər.

Bunu revmatoloq Kamilə Yusifova deyib.

O, iltihablı revmatizmin əlamətlərini aşağıdakı kimi sadalayıb:

Səhər sərtliyi 30 dəqiqədən çox davam edir;
Oynaqlarda şişkinlik və qızarma olur;
İstirahət etdikdə belə ağrılar davam edir;
Bəzən hərarət və halsızlıq halları olur.

Hərəkət etdikcə artan ağrı, qısamüddətli səhər sərtliyi və az şişkinlik (bəzən də heç olmur) və daha çox yüklənmə ilə artan ağrı isə iltihabsız revmatizmin əlamətləridir.

Hansının iltihablı, hansının iltihabsız revmatizm olduğunu bilmək üçün vaxtında həkimə müraciət etmək lazımdır. Çünki iltihablı revmatizm səssiz şəkildə oynaqlara zərə verə bilər.