Rusiyalı həkim Anna Kosenkova qarpız tumlarının yeyilməsinin sağlamlığa zərər verib-vermədiyi barədə danışıb.
Həkimin sözlərinə görə, sağlam insan üçün təsadüfən udulan qarpız tumları tamamilə zərərsizdir.
Lakin o qeyd edib ki, bəzi xəstəliklər zamanı qarpız tumlarının yeyilməsi tövsiyə olunmur.
Onun sözlərinə görə, xüsusilə mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən insanlarda qarpız tumları xəstəliyin kəskinləşməsinə, köpə, qarın ağrısına və nəcis pozğunluğuna səbəb ola bilər.
Həkim belə problemləri olan şəxslərə tumsuz qarpız növlərinə üstünlük verməyi və ya qarpızı yeməzdən əvvəl tumları diqqətlə təmizləməyi məsləhət görüb.
