Gölün suyunun çəkilməsi nəticəsində ortaya çıxan mənzərə hamını heyrətə salıb. Belə ki, Kayserinin Sarıoğlan rayonundakı Tuzla Palas gölünə axan sular nəticəsində möhtəşəm bir mənzərə yaranıb.
Suların gölə axması göl yatağında ortaya çıxan ağac şəkli təbii quru ağacı bənzədir. Ortaya çıxan mənzərə nəinki bölgdə yaçaynlaırn digrə bölgəlrədəkilərin də ciddi marağına səbəəb olub.
Ətraf ərazidən axan müxtəlif çayların birləşib gölə töküldüyü yerdə əmələ gələn cığırlar dron görüntülərində ağac budaqlarına bənzəyir.
Bioloji zənginliyi ilə diqqət çəkən göl bir çox quş növü üçün yaşayış yeri, çoxalma yeri və qidalanma sahəsi təmin edir. Palaslılar Sosial, Mədəni və Həmrəylik Dərnəyinin prezidenti Murat Özdemir belə bir dəyişikliyi əvvəllər heç görmədiklərini bildirib: “Babalarımız və atalarımız bu formasiyaların baş verdiyini deyirdilər, amma biz onları heç vaxt bu qədər aydın görməmişdik. Bu ilki yağışla “Həyat Ağacı” gölümüzdə bir daha vizual bir tamaşa təqdim edib”.

