Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Hərəkətdə olan VAZ 2107 markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 2003-cü il təvəllüdlü E.Əliyev və 2002-ci il təvəllüdlü T.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
