Mingəçevir şəhər Polis Şöbəsinin təşəbbüsü ilə narkomaniyaya və digər zərərli vərdişlərə qarşı növbəti maarifləndirici tədbir təşkil olunub.Tədbir şəhərin 14 saylı məktəbində şagirdlərlə keçirilib.

Tədbir çərçivəsində polis əməkdaşları çıxış edərək narkotik vasitələrin insan sağlamlığına, həyat keyfiyyətinə və sosial mühitə vurduğu ağır fəsadlar barədə şagirdlərə geniş məlumat veriblər. ŞPŞ rəisi Ədalət Əliyev bildirib ki,
gənclərimizi və gələcəyimizi zəhərləyənlərə qarşı qətiyyətlə mübarizədəyik. Həmçinin şagirdlərə sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti və narkotiklərlə bağlı hüquqi məsuliyyət barədə ətraflı məlumat verib. Polis şagirdlərə sosial şəbəkələrdən düzgün, təhlükəsiz istifadə etməyi də tövsiyə edib.

Tədbir zamanı şagirdlərə kiber dələduzluq halları, bu sahədə ən çox rast gəlinən üsullar, eləcə də həmin cinayətlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən mübarizə tədbirləri barədə də məlumatlar verilib.

Qeyd edək ki, bu kimi görüşlərin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya və onun törətdiyi fəsadlara, bu sahədə aparılan mübarizə tədbirlərinə həsr olunmuşdu.
Esmira Hidayətova,Mingəçevir.
